XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Barsa" "Atletiko" ilə bacarmadı
İdman 11:37 / 01.07.2020

İspaniya La Liqasının 33-cü turu​​ çərçivəsində​​ "Barselona”​​ klubu​​ "Atletiko” ilə qarşılaşıb.​​ Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib -2:2. Matçda hesab 11-ci dəqiqədə açılıb. "Atletiko”nun hücumçusu Diqeo Kosta avtoqola imza atıb. İlk qoldan səkkiz dəqiqə sonra baş hakim "Barselona”nın qapısına penalti təyin edib. Madrid komandasının yarımmüdafiəçisi Saul Niqes cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin 50-ci dəqiqəsində hücumçu Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə kataloniyalıları yenidən hesabda önə çıxarıb. Lakin 62-ci dəqiqədə Saul yenidən penaltini dəqiq yerinə yetirərək dubl edib.​

Beləliklə, katalonların çempionluq yolunda ardıcıl iki oyunda xal itirməsi "Real Madrid"in şanslarını bir qədər də artırıb.
Qeyd edək ki, turnir cədvəlinə 71 xalı olan "Real Madrid" başçılıq edir. Liderdən bir oyun çox keçirən "Barselona"nın 70 xalı var. Üçüncü pillədə qərarlaşan​ "Atletiko Madrid" isə xal ehtiyatını 59-a çatdırıb.


48592 oxunub

InvestAZ