XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Pirlo məşqçiliyə başlayır
İdman 15:42 / 30.06.2020

İtaliyanın əfsanəvi futbolçusu Andrea Pirlo məşqçiliyə başlayır. 41 yaşlı mütəxəssis vaxtilə formasını geyindiyi "Yuventus"a qayıtmağa hazırlaşır.

Sabiq yarımmüdafiəçinin "Yuventus"un U-23 komandasının baş məşqçisi postuna təyin olunması gözlənilir. Pirlo özü A seriyasını hədəfləyir. Lakin yaxın münasibətdə olduğu klub prezidenti Andrea Anyelli ona bir müddət C seriyasında çıxış edən U-23 komandasını çalışdırmağı məsləhət bilib.
Qeyd edək ki, Andrea Pirlo 2017-ci ildə "Nyu York Siti"nin heyətində karyerasını başa vurub.


33220 oxunub

InvestAZ