XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Tokio Olimpiadasının planı müzakirəyə olunur
Olimpiya oyunları 12:25 / 27.06.2020

Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyası ilə əlaqədar təqribən bir il sonraya təxirə salınmış Tokio Olimpiya və Paralimpiya Oyunlarının sadələşdirilməsi planını müzakirəyə təqdim edib.

Həmin plan BOK ilə Tokio Oyunlarının təşkilat komitəsi arasında yarışların təşkili ilə bağlı xərclərin azaldılması və virusun yayılmasının qarşısının alınması barədə əldə edilmiş razılığa əsasən hazırlanıb.
Plana əsasən idman meydançalarından istifadə müddətinin azaldılması, tamaşaçılar və yarışlarla bağlı heyət üçün nəzərdə tutulan yerlərin sayının azaldılması təklif olunur. Həmçinin yarış yerlərinin daxili və xarici görünüşünün tərtibatı ilə bağlı xərclərin azaldılması və mükafatlandırma mərasimlərinin sadələşdirilməsi də təklif edilir.
Bundan sonra hər bir beynəlxalq federasiya bu təklifləri müzakirə edərək öz rəylərini bildirəcəklər. Həmin rəylər işçi qruplarda müzakirəyə çıxarılacaq.


40620 oxunub

InvestAZ