XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Ulduzları gördüyümü xatırlayıram"
İdman 11:22 / 26.06.2020

"Dallas Starz” hokkey klubunun müdafiəçisi Stiven Cons aldığı beyin silkələnməsindən sonra bərpa müddətində özünəqəsd etmək istəyindən danışıb. "Zədə? Ulduzları gördüyümü xatırlayıram. Əvvəl belə hisslər keçirməmişdim. Kənarda oturub oyuna baxırdım və mənə elə gəlirdi ki, hər şey sürətlənmiş halda baş verir. Özüməqəsd?​ Səhər​ saat​ 4 də oyanıb​ özümü​ öldürmək haqda düşünürdüm.​ Lakin sonra dərmanlarımı qəbul edib gün ərzində yatmağa çalışırdım. Mən yemirdim, yatmırdım ümumiyyətlə heçnə etmirdim. Bu dəhşətli fikirləri ağlımdan çıxartmaq üçün mənə uzun müddət lazım oldu. Həkimə özüməqəsd etməkdən danışanda, mənə sınamaq üçün yeni bir dərman verirdi. Valideynlərim isə mənə "Bilmirik sənin üçün daha nə edək. Hər şeyi sınaqdan keçirmişik” deyirdilər. Bərpa olunmağıma isə zaman kömək oldu. Sağalmaq üçün mənə müraciət edənlərə yalnız bu cavabı verirəm. Çünki bu həqiqətən də belədir”,- deyə hokkeyçi vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin mart ayının 30-da Milli Hokkey Liqasının çempionatında, ​ Stiven Cons 6 ay ərzində üçüncü beyin silkələnməsi keçirib. Nəticədə isə idmançı baş ağrıları səbəbi ilə 22 ay yarışlardan uzaqlaşdı.


46557 oxunub

InvestAZ