XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gəncə İdman Sarayının tikintisi ilə tanışlıq
İdman 18:48 / 24.06.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Gəncə şəhərində daha bir möhtəşəm idman kompleksi tikilməkdədir. Gəncə İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq.
Gəncə İdman Sarayında inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tikintinin keyfiyyətlə aparılması və obyektin vaxtında istifadəyə verilməsi ilə bağlı tapşırıqlarını verdi.

34273 oxunub

InvestAZ