XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz mübarizəni dayandırdı
İdman 13:00 / 24.06.2020
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Chessable Masters” turnirində çıxışını başa vurub.
Təmsilçimiz turnirin B qrupunda mübarizə aparıb. Yekun nəticəyə görə 4,5 xal toplayan T.Rəcəbov beşinci yerdə qərarlaşıb. Qrupda ilk dördlükdə yer alan hollandiyalı Aniş Qiri (6 xal), çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi (hərəyə 5,5 xal) dörddəbir finala vəsiqə qazanıb.
Yarışın A qrupunda isə norveçli dünya çempionu Maqnus Karlsen, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Aleksandr Qrişuk, amerikalı Hikaru Nakamura növbəti mərhələyə keçib.
Qeyd edək ki, bu yarış Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsi - "Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələ - "Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.
Seriya çərçivəsində növbəti mərhələ - "Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

30981 oxunub

InvestAZ