XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ronaldodan növbəti rekord
İdman 20:16 / 23.06.2020

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün İtaliya A seriyasının 27-ci turunda "Bolonya" ilə matç (2:0)​ əlamətdar olub. 35 yaşlı hücumçu bu görüşdə penaltidən fərqlənərək A seriyasında vurduğu qolların sayını 43-ə yüksəldib. Bununla da o, İtaliya çempionatında ən çox qol vuran portuqaliyalı futbolçu olub. Ronaldo bu göstəricidə Rui Kostanı (42 qol) geridə qoyub.

Qeyd edək ki, Ronaldo İspaniya La Liqası və İngiltərə Premyer Liqasında da həmyerliləri arasında ən çox qol vuran futbolçudur.


32335 oxunub

InvestAZ