XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Əlvida “rassoneri”​
İdman 20:00 / 23.06.2020

İtaliya yığmasının və "Milan” futbol klubunun keçmiş hücumçusu Pyerino Prati 73 yaşında dünyasını dəyişib. Bu barədə komandanın​ Twitter​ ​ hesabında məlumat verilib.

"Əlvida "rassoneri” əfsanəsi. Siz bizim üçün həqiqətən də parlayan bir işıq oldunuz. Sizin üçün çox darıxacağıq. Allah rəhmət eləsin”, - deyə komanda rəsmiləri qeyd ediblər. Bildirilir ki, P.Prati uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, keçmiş futbolçu 1967-1973-cü illərdə "Milan” klubunun şərəfini qoruyub. O, komanda tərkibində İtaliya çempionu, ikiqat İtaliya kuboku sahibi və Çempionlar Liqasının qalibi olub. İtaliya millisinin tərkibində isə futbolçu 1968-ci ildə keçirilən Avropa çempionatının qalibi və 1970-ci ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.


49596 oxunub

InvestAZ