XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub"
İdman 11:01 / 23.06.2020

Bu günlərdə 63 yaşını tamamlayan türkəsilli əfsanəvi futbol qapıçısı Rinat Dasayev həyatındakı ən çətin məqamlarda dini kitabımız olan Quranın ona kömək etdiyini vurğulayıb.


​ Bu barədə Rusiya mediası maraqlı bir yazı hazırlanıb.

Milliyyətcə tatar olan ulduz qapıçı hər oyunda Quran kitabını ehtiyat əlcəklərin olduğu çantada​ qapının yanına qoyduğunu etiraf edib.

"Bütün ailəm inanclı olub. Mən də uşaqlıqdan bəri ibadətlə məşğul olmuşam. Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub. Bir dəfə matçlardan birində Quran çantamdan oğurlandı. Yəqin ki, topdaşıyan oğlanlar götürmüşdü. Mən o zaman çox üzüldüm... Quran həmişə mənə kömək edib. Yenisini almalı oldum" , - deyə Dasayev bildirib.​

"Komandada hər kəs mənim məscidə getdiyimi bilirdi. Düzdür, Sovet İttifaqında bu, müsbət qarşılanmırdı. Bir yüksək vəzifəli şəxsin bir dəfə mənə dediyi kimi: "Bu, mənim üçün mümkündür. Ancaq sizin üçün deyil. Çünki​ ​ hamının gözü və qulağı sizdədir".​ O zaman çox şey mümkün deyildi. Məsələn, məşqdə zarafat etmək…"-deyə​ məşhur futbol ulduzu əlavə edib.

Xatırladaq ki,​ 1975-ci ildən SSRİ klublarında çıxış edən Rinat Dasayev 1991-ci ildə oyun karyerasına son qoyub. Onun sonuncu klubu İspaniyanın "Sevilya" klubu olub.

Qeyd edək ki, əfsanəvi futbol ulduzu 2018-ci ildə Bakıda - tanınmış Azərbaycan futboçusu Vəli Qasımovun 50 illik yubileyində iştirak edib.


42778 oxunub

InvestAZ