XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz sabah rapid turnirində mübarizəyə başlayır
İdman 11:52 / 19.06.2020
İyunun 20-dən iyulun 5-dək norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə "Online Chess Masters” onlayn rapid turniri keçiriləcək.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov da turnirdə mübarizə aparacaq.
Qeyd edək ki, bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin 3-cü mərhələsidir. Yarışın birinci mərhələsi aprelin 18-dən mayın 3-dək keçirilib. "Magnus Carlsen Invitational” adlanan ilk turun qalibi M.Karlsen olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda - "Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.
Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

34147 oxunub

InvestAZ