XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Real” liderlə xal fərqini azaltdı
İdman 10:06 / 19.06.2020
İspaniya La Liqasının 29-cu turunda "Real” "Valensiya”nı qəbul edib.
Oyun "Alfredo di Stefano” stadionunda keçirilib.
Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 61-ci dəqiqəsində "Real"ın hücumçusu Kerim Benzema hesabı açıb. 13 dəqiqə sonra əvəzetmə ilə meydana çıxmış digər hücumçu Marko Asensio meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb - 2:0. 86-cı dəqiqədə Benzema dubl edib.
Zinədin Zidanın komandası bu qələbədən sonra xallarının sayını 62-yə çatdıraraq turnir cədvəlində ikinci yerdəki mövqeyini gücləndirib. "Real” Katalon "Barselona”sından 2 xal geri qalır.

32256 oxunub

InvestAZ