XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mükafata namizəd olan futbolçular kimlərdir?
İdman 15:03 / 16.06.2020
İtaliyanın "Tuttosport” nəşri 2020-ci ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Golden Boy” mükafatına namizədləri açıqlayıb.
Birinci olaraq 100 oyunçudan ibarət siyahıda məşhur futbolçulardan Meyson Qrinvud (Mançester Yunayted), Eduardo Kamavinqa (Renn), Alfonso Devis (Bavariya), Anssumane Fati (Barselona), Filip Foden (Mançester Siti), Erlinq Holand, Ceydon Sanço (hər ikisi Borussiya Dortmund), Kallum Hadson-Odoi (Çelsi), Takefusa Kubo (Malyorka, Reala məxsusdur), Daniel Maldini (Milan), Reyner (Real), Sandro Tonali (Breşiya), Ferran Torres (Valensiya) yer alıb.
Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-i açıqlanacaq.
Qeyd edək ki, ötən il bu mükafatı "Atletiko”nun futbolçusu Joau Feliks qazanıb.

44610 oxunub

InvestAZ