XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UFC 251 döyüş siyahısını açıqlayıb
İdman 17:33 / 11.06.2020

UFC 251 turnirinə yarıorta çəki dərəcəsində çıxış edən amerikalı Kamaru Usman və braziliyalı Qilbert Berns arasında təşkil olunacaq döyüş başçılıq edəcək. Turnir iyulun 11-də Birləşmiş Ərəb Əmirliklərinin "Döyüş adası”nda keçiriləcək. Yarımyüngül çəki dərəcəsində revanş qarşılaşmasında avstraliyalı Aleksandr Volqanovski və amerikalı Maks Hollouey üz-üzə gələcək.
UFC 245 turnirində A.Volkanovski hakimlərin yekdilli qərarı ilə qalib elan olunub. Həmçinin yüngük çəki dərəcəsində yeni çempion məlum olacaq. Rusiyalı Pyotr Yan, braziliyalı Joze Aldo ilə qarşılaşacaq.
Bundan əlavə, Cesika Andrade ilə Rouz Namayunas, Amanda Ribas ilə Peyc Vanzant döyüşəcək.
Qeyd edək ki, UFC 251 "Döyüş adası”nda təşkil olunacaq dörd turnirdən birinci olacaq.

32816 oxunub

InvestAZ