XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Klublarımız bu gün yoxlama matçları keçirəcəklər
İdman 12:27 / 10.06.2020
İyunun 10-da Azərbaycan futbol klubları yoxlama görüşləri keçirəcəklər. Paytaxt təmsilçisi "Neftçi” doğma meydanda "Keşlə”ni qəbul edəcək. "Bakcell Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Günün digər matçında "Qəbələ” səfərdə "Sumqayıt”ın qonağı olacaq. "Kapital Bank Arena”da baş tutacaq oyun 20:00-da start götürəcək.
Bakı təmsilçiləri "Zirə” və "Səbail” komandaları da üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin meydançasında keçiriləcək oyunun fiti saat 18:00-da veriləcək.
Xatırladaq ki, ötən gün lider "Qarabağ” səfərdə "Sabah”ı 5:0 hesabı ilə məğlub edib.

36894 oxunub

InvestAZ