XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Barselona"lı futbolçular rəhbərliklə razılaşmırlar
İdman 11:20 / 08.06.2020

İspaniyanın "Barselona" futbol klubu koronavirus pandemiyasının səbəb olduğu ağır maliyyə vəziyyəti ilə əlaqədar yenidən oyunçulara maaşların ixtisarı ilə razılaşmağı təklif edib.
Bu barədə "Marca” nəşri bildirib. Katalon klubunun rəhbərliyi oyunçulara mayın son həftəsi üçün maaşlarının 70%-ini, iyunun iki həftəsinin maaşlarını isə 50% azaltmaq təklifini irəli sürüb. Lakin oyunçular klubun təkliflərindən imtina edirlər.
Daha əvvəl "Barselona" prezidenti Xosep Mariya Bartomeu klubun bir neçə ay əvvəl təsdiqlənmiş büdcəsinin 1,047 milyard avroya çata bilməməsi ilə əlaqədar oyunçulara maaşların azaldılması ilə razılaşmağı təklif edib.
Katalon klubunun futbolçularının maaşlarının 61%-i ümumi büdcədən təşkil edilir.
"Barselona" 27 turda 58 xal yığaraq, Madrid "Real"ını 2 xal qabaqlamaqla İspaniya çempionatının lideridir.

61704 oxunub

InvestAZ