XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Katalon klubu müqaviləni uzadır​
İdman 18:40 / 07.06.2020

"Barselona" hücumçusu Ansu Fatinin müqavilə müddətini artıracaq.

Bu, mövsüm başa çatdıqdan sonra rəsmiləşəcək.

Akademiyanın yetirməsi olan 17 yaşlı forvard yeni mövsümdən əsas komandanın oyunçusu kimi təsdiqlənəcək. Bu isə Fatinin 2022-ci ilin yayına qədər olan sözləşmə müddətinin avtomatik 3 illik uzadılması ilə nəticələnəcək. Eyni zamanda, onun sərbəst qalma məbləği 170 milyon avrodan 400 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, "Barselona" bu ay 100 milyon avrodan çox təklif almasına baxmayaraq, Ansu Fatini satmaqdan imtina edib.


32051 oxunub

InvestAZ