XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Atletiko" ÇL-in qalibi olmalıdır
İdman 19:09 / 06.06.2020

Atletiko"nun yarımmüdafiəçisi Koke Çempionlar Liqasında mövsümün gələcəyi ilə bağlı danışıb. Koke AS-a açıqlamasında, ÇL-də mövsüm ləğv olunacağı təqdirdə, "Atletiko"nun çempion elan edilməli olduğunu bildirib:

"Çempionlar Liqasında mövsüm ləğv olunsa, biz qalib elan edilməliyik. Çünki biz son çempionu mübarizədən kənarlaşdırmışıq. Boks qaydalarında olduğu kimi...
İndi ilk növbədə La Liqa barədə düşünməliyik. Çempionlar Liqası avqustdan erkən bərpa edilməyəcək. Bütün diqqətimizi çempionata yönəltməli və yalnız bundan sonra ÇL-i düşünməliyik. Bunu bacarmasaq, uğur qazanmaq mümkünsüz olacaq".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Atletiko" "Liverpul"un qarşısını kəsmişdi (1:0, 3:2).


54175 oxunub

InvestAZ