XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Kiyev Avropa çempionatına ev sahibliyi edəcək
İdman 10:32 / 06.06.2020

Avropa və Ukrayna Badminton federasiyaları arasında aparılan müzakirələrdən sonra 2020-ci ildə keçirilməli olan Avropa çempionatının ləğv edilməsi qərara alınıb.

Avropanın ali badminton qurumu COVID-19 pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq olunan karantin rejiminə görə təxirə salınan turnirlərin 2020-ci il ərzində keçirilməsini mümkünsüz hesab edib. Qurumun saytında bildirilir ki, Ukraynada keçirilməli olan Avropa çempionatının ləğvi barədə qərar təşkilatçıları və Ukraynaya səfər etməyi planlaşdıran idmançı və azarkeşləri məyus etməməlidir. Artıq növbəti il keçiriləcək Avropa çempionatının yeni vaxtı açıqlanıb və bu dəfə də ev sahibliyi hüququ Ukrayna Badminton Federasiyasına həvalə olunub. Beləliklə, 2021-ci il aprelin 27-dən mayın 2-dək keçiriləcək Avropa çempionatı paytaxt Kiyevdə təşkil olunacaq.
Ötən həftə Ümumdünya Badminton Federasiyasının elan etdiyi kimi, gələn il Avropa çempionatı sonuncu Olimpiya təsnifat turniri olacaq. Bu səbəbdən qitənin ən yaxşı badmintonçuları Kiyevdə lisenziya xallarını tamamlamaq üçün mübarizə aparacaqlar.


30125 oxunub

InvestAZ