XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bir mövsümündə 15 yarış
İdman 14:51 / 04.06.2020
Formula 1 üzrə dünya çempionatı çərçivəsində 2020-ci il mövsümündə ən azı 15 yarış təşkil ediləcək.
Bu barədə Formula 1-in mətbuat xidməti rəsmi açıqlamasında məlumat verib. Məlumatda bildirilir ki, koronavirus pandemiyasına görə, beynəlxalq səviyyədə davam edən qeyri-müəyyənlik səbəbindən Formula 1 daha geniş təqvimin detallarını dəqiqləşdirərək yaxın həftələrdə yayımlayacağını düşünür. Formula 1 rəhbərliyi bu ilin dekabrına, mövsümün sonunadək 15-18 yarış keçirə biləcəyinə ümid edir.
Qeyd edilib ki, hazırda start yarışları tamaşaçısız keçirilməsi planlaşdırılsa da, vəziyyət təhlükəsiz olarsa, azarkeşlər yenidən tribunaya qayıda biləcəklər.
Xatırladaq ki, bundan əvvəl Formula 1 rəhbərliyi 2020-ci il mövsümünün ilk səkkiz mərhələsinin cədvəlini təqdim etmişdi. Onların hamısı Avropada keçiriləcək.

41872 oxunub

InvestAZ