XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avrokubokların formatı dəyişdirilir?
İdman 16:22 / 03.06.2020
UEFA avrokubokların formatını dəyişdirməyə hazırlaşır. Koronavirus pandemiyasına görə dayandırılan hər iki turnirin bərpadan sonra 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsinin müzakirə edildiyi bildirilir.
Matçların ayrı-ayrı şəhərlərdə deyil, Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar pley-off mərhələsində olduğu kimi öz aralarında 2 yox, 1 oyun keçirəcəklər.
Qarşılaşmaların Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq. Qeyd edək ki, bundan əvvəl, "Sky Sports" nəşri Çempionlar Liqasının "Dördlər finalı" formatında Almaniyada keçiriləcəyini yazmışdı.

31489 oxunub

InvestAZ