XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə ekspert qismində dəvət alıb
İdman 11:59 / 03.06.2020
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən Əməkdar məşqçi adına layiq görülmüş Mariana Vasileva beynəlxalq qurumun prezidenti Morinari Vatanabenin layihəsinə ekspert qismində dəvət alıb.
"Bədii gimnastika üzrə islahat” layihəsi M.Vatanabe tərəfindən 2018-ci ilin əvvəllərində irəli sürülüb. Layihənin məqsədi bədii gimnastikanın daha cəlbedici, ədalətli və geniş insan kütləsi tərəfindən daha anlaşıqlı edilməsindən ibarətdir.
Layihənin əsas istiqamətlərindən biri isə bədii gimnastikada artistizmə görə qiymətləndirmə sistemini təkmilləşdirməkdir. Bu məqsədlə son dünya çempionatının reytinq siyahısında ən yüksək yerləri tutmuş ölkələrin baş məşqçilərinə layihə ilə bağlı təkliflərini və ideyalarını bölüşmək imkanı yaradılıb.
Azərbaycan yığmasının baş məşqçisi M.Vasileva da artistizmə görə ədalətli qiymətləndirmə sisteminin yaradılmasına dair idealarını bölüşmək, eləcə də iyulda layihə çərçivəsində keçiriləcək videokonfransda iştirak üçün dəvət alıb.
Toplanmış təklif və ideyalar bədii gimnastika üzrə növbəti Qaydalar toplusunu yekunlaşdırmaqda FIG-nin bədii gimnastika üzrə Texniki Komitənin işində yardımçı olacaq.

33264 oxunub

InvestAZ