XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Olimpiya komplekslərində məşqlərə icazə verilir
İdman 10:37 / 01.06.2020

Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir.
Bu barədə Gənclər və İdman Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 29-da növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyünü vurğulanmasını əsas götürərək yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman komplekslərində məşqlərinə icazə verilib.
İdmançıların regionlardakı Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq.

30930 oxunub

InvestAZ