XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Özbəkistanda da futbol başlayır​
İdman 18:56 / 31.05.2020
COVİD-19 virusu səbəbi ilə mart ayının 16-dan dayandırılan Özbəkistan futbol çempionatının oyunları iyunun 5-dən bərpa ediləcək. Lakin virusun yayılmasının qarşısını almaq məqsədi ilə yarışlar tamaşaçısız keçiriləcək. Qərar koronavirus ilə mübarizə üzrə xüsusi Respublika Komissiyası tərəfindən qəbul edilib. Qeyd edək ki, çempionat ölkədə ilk koronavirus yoluxmasından bir gün sonra dayandırılıb.
Bildirilib ki, Peşəkar Futbol klubları sanitar qaydalara, normalara və gigiyena standartlarına uyğun olaraq təlim məşğələləri keçirməlidirlər.
Xatırladaq ki, koronavirus ilə mübarizə üzrə xüsusi komissiya respublikada karantin rejimini iyunun 15-dək uzadıb. Lakin virusa qismən az yoluxma müşahidə olunan bölgələrdə iyun ayının 1-dən idman klublarının fəaliyyəti, toylar və şənliklərin keçirilməsinə icazə veriləcək.

29928 oxunub

InvestAZ