XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünyanın ən çox qazanan idmançıları
İdman 12:26 / 30.05.2020
"Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
Siyahıda ilk yeri isveçrəli tennisçi Roje Federer tutub. O il ərzində 106,3 milyon ABŞ dolları qazanıb. Qeyd olunub ki, hazırda 38 yaşlı Federerin 13 müqaviləsi mövcuddur, onların hər biri idmançıya 3 milyon ABŞ dollarından 30 milyon ABŞ dollarına qədər vəsait ödəyir.
"Yuventus” futbol klubunun futbolçusu Kriştianu Ronaldo dünyanın ən çox qazanan ikinci idmançısıdır. Portuqaliyalı hücumçu son bir ildə 105 milyon ABŞ dolları qazanıb.
Ən çox qazanan idmançıların siyahısında Lionel Messi ( "Barselona”, 104 milyon ABŞ dolları) və Neymar (PSJ, 95,5 milyon ABŞ dolları) da var.
İlk onluqda həmçinin, basketbolçular Lebron Ceyms (88,2 milyon ABŞ dolları), Stefan Karri ( 74,4 milyon ABŞ dolları) və Kevin Dyurant ( 63,9 milyon ABŞ dolları), qolfçu Tayqer Vuds (62,3 milyon ABŞ dolları) və Amerika futbolunun iki nümayəndəsi Kirk Kazins (60,5 milyon ABŞ dolları) və Karson Vençin (59,1 milyon ABŞ dolları) adları yer alıb.

32185 oxunub

InvestAZ