XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İspaniya klubunda yeni baş məşqçi
İdman 16:53 / 29.05.2020
İspaniyanın "Barselona" klubunun sabiq qapıçısı Viktor Valdes "Orta" komandasının baş məşqçisi olub.
38 yaşlı keçmiş qolkiper növbəti mövsümdən 4-cü liqa təmsilçisinə rəhbərlik edəcək.
Qeyd edək ki, Viktor Valdes 2017-ci ildə karyerasını başa vurub. O, 2019-cu ildən "Barselona"nın gənclər komandasında işləyib. Təcrübəli qapıçı 6 dəfə İspaniya La Liqasının, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Valdes İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatında qızıl medal qazanıb.
1922-ci ildə təsis edilən "Orta" klubu Kataloniyada yerləşir. Komandanın ən böyük uğuru 1952-ci ildən 1959-cu ilədək İspaniyanın 3-cü liqasında çıxış etməsidir.

41442 oxunub

InvestAZ