XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İbrahimoviç yenidən zədələndi
İdman 19:00 / 26.05.2020

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqdə zədələnib. 38 yaşlı hücumçu hazırlıq prosesinin sonlarında təkan vurduğu vaxt topuğunda ağrı hiss edib. Nəticədə o, dərhal meydanı tərk edib.

İbrahimoviç bazadan sərbəst ayrılsa da, uzun müddətə sıradan çıxa bilər. Onun ilin əvvəlində aldığı zədəni yenilədiyi şübhələri var. Həmin xəsarət üzündən isveçli forvard bir neçə həftəni buraxmalı olmuşdu.
İndi isə təcrübəli qolçunun axill vətərinə zərər yetirdiyi güman olunur. Dəqiq diaqnoz tibbi müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Zlatan İbrahimoviç yanvarda "Milan"la sonradan 1 il uzadıla bilməsi şərti ilə 6 aylıq müqavilə bağlayıb.​


30527 oxunub

InvestAZ