XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Şahmatçılarımız mübarizəyə başlayırlar
İdman 11:30 / 25.05.2020

Mayın 25-də şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür. Avropa ölkələrindən reytinqi 2300-ə qədər 700-dən çox idmançının mübarizə aparacağı D qrupunda Azərbaycanı 30 şahmatçı təmsil edəcək. Belə ki, şahmatçılarımız Sərxan Quliyev, Urfan Sevdimalıyev, Murad Nuri, Məhəmməd Muradlı, Pərviz Qasımov, Abdulla Qədimbəyli, Sadiq Məmmədov, Nail Bəşirli, Orxan Abdulov, Əli Həsənov, Aydın Süleymanlı, Loğman Quliyev, Aygün Əliyeva, Elnur Əliyev, Murad İbrahimli, Zaur Bayramov, Şiroğlan Talıbov, Anar Ələkbərov, Babək Cəfərli, Amil Abbasov, Azər Abdullayev, Nərmin Xələfova, Xəyalə Abdulla, Read Səmədov, Cavanşir Bağırov, Elnur Mehtiyev, Altay Eynullayev, Atilla Eynullayev, Mələk İsmayıl və Firuz İsmayılov mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.
Qitə çempionatının B qrupunda isə şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

30073 oxunub

InvestAZ