XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula 1-də büdcə limiti azaldılır
İdman 15:33 / 24.05.2020

Formula 1 komandaları koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar olaraq xərcləri azaltmaq üçün bir sıra tədbirlər görməyə razılıq veriblər.

Komandalar büdcə limitinin azaldılması üzrə planın qəbul edilməsinin lehinə səs veriblər. Gələn il bu məbləğ 145 milyon ABŞ dolları, 2022-ci ildə isə 140 milyon dollar olacaq.
Büdcə limiti 2023-cü ildən 2025-ci ilədək 135 milyona endiriləcək.
Qeyd edək ki, daha əvvəl Formula 1 rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5-7 iyunda keçirilməli idi. Daha əvvəl 2021-ci il üçün büdcə limiti 175 milyon dollar təyin edilib.


38612 oxunub

InvestAZ