XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ronaldu ən yaxşıların siyahısına düşməyib
İdman 16:01 / 26.02.2019

CIES Football Observatory analitik mərkəzi 2018-ci ildə Avropanın ən böyük 5 liqasında ən çox driblinq edən 50 futbolçunun siyahısını dərc edib. Siyahının ilk pilləsində "Barselona"nın hücumçusu Lionel Messi yer alıb. O, orta hesabla hər 19.2 dəqiqədən bir driblinq edib. Allan Sen-Maksimen ("Nitsa", 19.8) ikinci, Eden Hazard ("Çelsi", 21) üçüncü yerdə qərarlaşıb.
Onluqda Naim Sliti ("Dijon"), Usman Dembele ("Barselona"), Ceydon Sanço ("Borussiya" Dortmund), Markus Tyuram ("Genqam"), Jeff Ren-Adelaid ("Anjer"), Uilfrid Zaa ("Kristal Pelas"), Anxel Korrea ("Atletiko") da yer alıb. Kilian Mbappenin (PSJ) 29-cu olduğu siyahıya Kriştianu Ronaldo ("Yuventus") daxil olmayıb.
Qeyd edək ki, təhlil ən azı 1800 dəqiqə (Bundesliqada oynayanlar 1500 dəqiqə) meydanda olan futbolçular arasında aparılıb.

32434 oxunub

InvestAZ