XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"San Siro" tarixə qovuşur
İdman 13:02 / 23.05.2020
İtaliya Mədəniyyət Nazirliyi "İnter" və "Milan" klublarının ev oyunlarını keçirdiyi "San Siro" stadionunun sökülməsinə icazə verib.
80 min azarkeş tutumuna malik arenanın mədəni irs statusu daşımadığı məlum olub.
Klubların yeni stadionu San-Siro rayonunda inşa olunacaq.
Qeyd edək ki, "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.

39375 oxunub

InvestAZ