XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: Messi zirvədə
İdman 12:31 / 23.05.2020

UEFA Çempionlar Liqasında 23 yaşına qədər ən çox qol vuran futbolçular bəlli olub.
Siyahının ilk pilləsində İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi qərarlaşıb.
33 yaşlı argentinalı hücumçu 23 yaşına qədər qitənin bir nömrəli klub turnirində 25 dəfə fərqlənib.
İkinci sırada 22 qolla Madrid​ "Real"ının sabiq oyunçusu Raul Qonsales yer alıb. Fransa PSJ-sində çıxış edən və hazırda 22 yaşı olan Kilian Mbappe 19 qol vurub.
İlk "5-lik"də "Real Madrid"in hücumçusu Kərim Benzema (17 qol) və İtaliya "Yuventus"unun sabiq futbolçusu Alessandro Del Pyero (16 qol) da var. İtaliyanın "Milan", İngiltərənin "Çelsi" və Ukraynanın "Dinamo" (Kiyev) klublarının keçmiş hücumçusu Andrey Şevçenko da 16 qol vurub.
7-ci yerdə 15 qolla "Barselona" və "Real"ın sabiq futbolçusu Xavyer Saviola qərarlaşıb. "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi isə 9-cu ola bilib - 13 qol.
Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu ilk "10-luğ"a düşməyib. O, 23 yaşına qədər Çempionlar Liqasında 8 dəfə fərqlənib.
1. Lionel Messi - 25 qol ("Barselona", İspaniya)
2. Raul Qonsales - 22 qol
3. Kilian Mbappe - 19 qol (PSJ, Fransa)
4. Kərim Benzema - 17 qol ("Real Madrid", İspaniya)
5. Alessandro Del Pyero - 16 qol
6. Andrey Şevçenko - 16 qol
7. Xavyer Saviola - 15 qol
8. Qabriel Jesus - 13 qol ("Mançester Siti", İngiltərə)
9. Ueyn Runi - 13 qol ("Mançester Yunayted"in sabiq futbolçusu
10. Sesk Fabreqas ("Monako", Fransa), Erlinq Holand ("Borussiya", Dortmund Almaniya), Patrik Klüvert - hamısı 10 qol

41379 oxunub

InvestAZ