XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa çempionatı payızda təşkil olunacaq
İdman 14:47 / 21.05.2020
Avropa Bodibildinq və Fitnes Federasiyası (ABF) qitə çempionatının yeni tarixini açıqlayıb.
ABF-nin qərarına əsasən Avropa birinciliyi sentyabrın 16-21-də, əvvəlcədən nəzərdə tutulduğu kimi İspaniyanın Santa-Susanna şəhərində təşkil olunacaq.
Əvvəlcə yarışın mayda keçirilməsi planlaşdırılırdı. Ancaq yarış koronavirus pandemiyasına görə, iyuna təxirə salınmışdı. Daha sonra ABF çempionatın iyunda da keçirilməsini məqsədəuyğun saymamışdı.
Qeyd edək ki, sonuncu qitə birinciliyində Azərbaycan millisi 1 medal qazanıb. Belə ki, klassik bodifitnes yarışlarında 171 santimetr kateqoriyasında Fərhad Quliyev bürünc medala sahib olmuşdu.

41255 oxunub

InvestAZ