XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Köhnə qitə nəhəngləri" xeyriyyə aksiyasına hazırlaşır
İdman 19:29 / 20.05.2020

İspaniyanın "Real”, Almaniyanın "Bavariya” və İtaliyanın "İnter”​ komandaları 2021-ci ildə "Avropa Həmrəylik Kuboku” adlı xeyriyyə futbol turnirində iştirak edəcəklər. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb.
Turnir təqvimdən asılı olaraq, 2021-ci ildə​ tamaşaçıların yenidən stadionda iştirak etməsi şərti ilə keçiriləcək. Toplanan vəsait İspaniya və İtaliyada tibb sahəsinin dəstəklənməsinə yönəldiləcək.Turnir bir dairəvi formatda keçiriləcək. "Real” "İnter” ilə Madriddə, "İnter” klubu "Bavariya” ilə Milanda, "Bavariya” və "Real” isə ​ Münhendə görüşəcəklər. Hər bir komanda doğma stadionda keçirilən oyunda stadiona bir neçə min tibb işçisini dəvət edəcək.
Qeyd edək ki, Almaniya çempionatı mayın 16-da bərpa olunub. İtaliya və İspaniya çempionatlarının yenidən başlaması isə iyunun ortalarında planlaşdırılır.

35965 oxunub

InvestAZ