XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Zəka sahibimiz Avropa çempionu oldu
İdman 17:44 / 20.05.2020

Azərbaycan şahmatçısı 14 yaşlı Gülsənəm Ağayeva rapid üzrə qızlar və oğlanlar arasında keçirilən onlayn Avropa çempionatında qızıl medal qazanıb.
53 ölkədən 1600-ə qədər şahmatçının iştirak etdiyi qitə çempionatının A qrupunda (reytinqi 1400-ə qədər olan şahmatçılar arasında) mübarizə aparan G.Ağayeva 7,5 xalla qızlar arasında qalib olub. Şahmatçımız oğlanlar və qızlar arasında yarışın nəticəsinə görə isə ikinci yeri tutub.
G.Ağayeva "Təhsil” RİM-in Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir. Məktəbin məşqçi-müəllimi Hikmət Şükürovun verdiyi məlumata görə, G.Ağayeva bu il İranın Rəşt şəhərində keçirilmiş beynəlxalq turnirdə 14 yaşadək şahmatçı qızlar arasında qalib adını qazanıb. O, Ağcabədidə yeniyetmə şahmatçılar arasında keçirilmiş Azərbaycan birinciliyinin seçmə yarışlarında da uğurla çıxış edərək 14 yaşlı qızlar arasında birinci yeri tutub. G.Ağayeva "Təhsil” RİM-in blits üzrə builki onlayn respublika birinciliyində isə ikinci pillədə qərarlaşıb. Bundan başqa, o, 2018-ci ildə keçirilmiş respublika şahmat olimpiadasında 12 yaşadək qızlar arasında ikinci, 16 yaşadək qızlar arasında isə üçüncü yeri tutub.


32312 oxunub

InvestAZ