XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz memorialda mükafatsız qaldı
İdman 10:17 / 18.05.2020
Mayın 17-də blits üzrə onlayn Vilhelm Steynits memorialı başa çatıb.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçısı Cefri Ksionq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Quanq Liemə qalib gələn şahmatçımız ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.
Yekun nəticələrə görə şahmatçımız 9,5 xalla 4-cü yeri tutub. Turnirin qalibi 12 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub. Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və "chess24.com”un təşkilatçılığı ilə keçirilib.

35535 oxunub

InvestAZ