XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Final üçün iki namizəd: Münhen, yoxsa Sankt-Peterburq?
İdman 17:23 / 25.02.2019

2020-2021 mövsümündə Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun final oyunlarına ev sahibliyi edəcək ölkələrin adları UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında açıqlanacaq.
Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Həlledici matçlara ev sahibliyi etmək üçün 7 milli assosiasiya UEFA-ya müraciət ünvanlayıb.
Gürcüstan (Boris Payçadze adına "Dinamo” stadionu, Tbilisi) və İspaniya (Ramon Sançes Pisxuan stadionu, Sevilya) Avroliqanın, Belarus ("Dinamo” stadionu, Minsk), Finlandiya (Olimpiya stadionu, Helsinki), Şimali İrlandiya ("Uindsor Park Milli Futbol Stadionu”, Belfast) və Ukrayna, ("Metalist” stadionu, Xarkov) UEFA Superkubokunun, İsveç ("Qamla Ullevi” stadionu, Qotenburq) isə Qadınlar arasında Çempionlar Liqasının final oyununu qəbul etmək üçün quruma lazımi sənədləri təqdim edib.
Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq. Qitənin ən nüfuzlu klub turnirinin 2021, 2022 və 2023-cü il finallarına ev sahibliyi etmək istəyən ölkələrin adları UEFA-nın sentyabrda keçiriləcək iclasında müəyyənləşəcək.
Qeyd edək ki, 2021-ci il finalına Almaniyanın Münhen şəhərindəki "Alyans Arena” və Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadion namizəddir.


30763 oxunub

InvestAZ