XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Kopenhagenə səfər​ 60 min avroya başa gəldi
İdman 21:00 / 17.05.2020

İspaniyanın "Selta” futbol klubu, yarımmüdafiəçisi Pion Sistonun karantin rejimini pozduğuna görə cərimələyib.​ Cərimə 60 min avro təşkil edib. Bu "Selta” klubunun cərimələrinin tarixində ən böyük məbləğ hesab olunur. Buna səbəb isə 25 yaşlı oyunçunun​ koronavirus pandemiyası zamanı və klubun icazəsi olmadan şəxsi nəqliyyat vasitəsi ilə Kopenhagen şəhərinə səfər etməsi olub.
İspaniya komandasının tərkibində Pion Sisto 133 oyun keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə edib.

31746 oxunub

InvestAZ