XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Milan”da bütün mükafatları qazanmaq arzusundayam"
İdman 20:44 / 17.05.2020
"Milan”ın yarımmüdafiəçisi İsmayıl Bennasser hücumçu Zlatan İbrahimoviç ​və klubda çıxış etmək istəyi barədə danışıb.
"Mən bu böyük klubun tarixi haqqında düşünəndə, onun köynəyini geyinəndə, yalnız bütün gücüm ilə mübarizə aparmaq və əlimdən gələni etmək istəyirəm. Mən "Milan”da​ bütün mükafatları qazanmaq arzusundayam. Zlatan İbrahimoviç sənə özünü ən yaxşı tərəfdən göstərməyə kömək edən bir oyunçudur. Çünki o, mükəmməl olmağı sevir. ​ Etiraf edim ki, onun yanında səhv etmək olmaz. Düzünü desəm, bu məni qane edir. Çünki Z.İbrahimoviç məni inkişaf etməyə həvəsləndirir.​ Soyunub-geyinmə otağında o mənim yanımda oturur və əgər məşqdə özümü pis göstərmişəmsə, o, mənə gülməyə başlayır. Zlatan İbrahimoviç karyerasının sonuna qədər yüksək səviyyədə çıxış etmək istəyir. Onun​ karyerası isə mükəmməl şəkildə inkişaf edib”, – deyə İ.Bennasser bildirib.

42159 oxunub

InvestAZ