İdman 13:11 / 17.05.2020
Azərbaycanın daha 3 futbol klubunun üzvləri koronavirus testindən keçiblər. "Keşlə", "Sabah" və "Zirə" klublarının futbolçu, məşqçi və inzibati heyəti COVİD-19 testindən keçiblər.
Məlumata görə, 3 klubun heç bir üzvünün nəticəsi pozitiv çıxmayıb.
Qeyd edək ki, ötən gün "Neftçi" ilə "Qarabağ"ın da üzvləri koronavirus testindən keçmişdi.