XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tennis yarışları yenə təxirə salındı
İdman 16:00 / 16.05.2020

Peşəkar Tennisçilər Assosiasiyası (ATP), Qadın Tennisçilər Assosiasiyası (WTA) və Beynəlxalq Tennis Federasiyası (ITF) cari mövsümdəki fasilə müddətini uzadıb.
ITF-nin rəsmi saytında verilən​ məlumata görə, koronavirus pandemiyası səbəbindən iyulun 31-dək beynəlxalq yarışlar keçirilməyəcək.
ATP sədri Andrea Quadentsi bildirib ki, müvafiq qurumlar mövsümün bərpası üçün bütün variantları nəzərdən keçirir: "Həmçinin bu mövsüm üçün təqvimin dəyişdirilməsi ehtimalını da qiymətləndirməyə davam edirik. Həmişə olduğu kimi, tennis ictimaiyyətinin sağlamlığı və rifahı, qəbul etdiyimiz hər bir qərarın əsas prioriteti olaraq qalır".
Qeyd edək ki, tennis mövsümü daha əvvəl 6 həftəlik dayandırılıb. Daha sonra isə fasilə müddəti iyulun 13-dək uzadılıb. Pandemiya səbəbindən "Wimbledon və "Roland Garros" turnirləri sentyabrın sonunadək təxirə salınıb.

29840 oxunub

InvestAZ