XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boks: futbolçu aktyora qarşı
İdman 15:23 / 16.05.2020
Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev öz gücünü boksda yoxlamağa qərar verib.
Qeyd edilir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi "Döyüş" layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyukla döyüşəcək. Döyüşün reqlamenti 2 dəqiqəlik 3 raunddan ibarətdir. Döyüş mayın 29-da baş tutacaq.
A.Əliyev Kiyev "Dinamo”sunda çıxışı ilə məşhurdur. O, 2005-ci ildən 2010-cu ilə qədər, habelə 2011-ci ildən 2013-cü ilə qədər bu komandanın şərəfini qoruyub. Aleksandr həmçinin iki mövsüm Rusiya klublarında da oynayıb. O, "Lokomotiv" və "Anjı"də çıxış edib.
Əliyev peşəkar karyerasını 2018-ci ildə başa vurub. Onun son klubu Kiyev əyalətinin Boyarka qəsəbəsinin "İnter"i olub.
A.Əliyev Kiyev "Dinamo”sunun heyətində iki dəfə Ukrayna çempionu olub və bir dəfə ölkə kubokunu udub.
Bundan əvvəl Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu bildirib ki, paytaxt meri olmaq istəyir.

45462 oxunub

InvestAZ