XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sumqayıtda idmançılarla görüş keçirilib
İdman 14:22 / 25.02.2019


Fevralın 22-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov cari ilin 14-15 fevral tarixlərində İranın Astara şəhərində keçirilmiş karatenin VKF versiyası üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında beynəlxalq turnirdə yüksək nailiyyətlər əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov idmançıları və onların məşqçilərini əldə etdikləri yüksək nailiyyətlər münasibəti ilə təbrik edərək dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğısından danışıb.
Görüşdə çıxış edən məşqçi-müəllimlər Sənan Məhərrəmov və Mehman Əlirzayev Ölkə və şəhər rəhbərliyinin onlara göstərdiyi qayğıya görə öz minnətdarlığını bildirib, bundan sonra da nailiyyətlərin əldə olunması üçün əzmlə çalışacaqlarını qeyd ediblər.
Tədbirin sonunda məşqçi-müəllimlər nailliyyət əldə etmiş karateçilər haqqında məlumat verərək bildirdilər ki, beynəlxalq turnirdə iştirak edən şəhər karateçiləri 7 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar. Onlardan Hüseyn Əliyev (6-7 yaş) 19 kq, Mehdi Mustafayev (8-9 yaş) 25 kq, Nihad Bağıyev (8-9 yaş) +30 kq, Ayxan Vəliyəv (12- 13 yaş) 40kq, İlkin Dadaşov (14-15 yaş) 52 kq, Hacı Niftəliyev (16-17 yaş) 76 kq çəki dərəcələrində birinci, Sultan Şirinov (12-13 yaş) 30 kq çəkidə ikinci yerləri tutublar. Qeyd edək ki, İlkin və Ayxan öz yaşıdları ilə yanaşı, böyük yaş qrupunda da müvafiq olaraq qızıl və bürünc medallara sahib olublar.

31808 oxunub

InvestAZ