XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Badmintonçumuz bürünc mükafatla kifayətlənib
İdman 14:01 / 25.02.2019

Azərbaycan badmintonçusu Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
"Uganda International 2019” turnirində ölkəmizi Ezmi Qovimuramadhoni təmsil edib. Mübarizəyə əsas mərhələdən start verən təmsilçimiz ilk görüşdə Uqanda badmintonçusu Fred Kirabo üzərində 2:0 (21:11, 21:13) hesablı qələbə qazanıb. O, səkkizdəbir finalda Misir təmsilçisi Adham Hatem Elcamalı da hər iki setdə məğlubiyyətə uğradıb - 21:19, 21:18. Badmintonçumuz dörddəbir finalda hindistanlı Siddhart ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Ezmi Qovimuramadhoninin 2:1 (20:22, 21:17, 21:6) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə turnirin ən azı bürünc medalını təmin edən idmançımız bu mərhələdə Hindistan badmintonçusu Rahul Bharadvaca 1:2 (21:17, 13:21,15:21) hesabı ilə uduzub.

30348 oxunub

InvestAZ