XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Vilhem Steynits memorialı başlayır
İdman 11:23 / 15.05.2020

Bu gün FIDE-nin və "chess24.com”un təşkilatçılığı ilə blits üzrə onlayn Vilhem Steynits memorialı start götürür.

Həm açıq turnirdə, həm də qadınların yarışında 10 şahmatçı iki dövrədə mübarizə aparacaq. Azərbaycanı açıq turnirdə Şəhriyar Məmmədyarov təmsil edir. Ş.Məmmədyarovla yanaşı, yarışa koronavirus pandemiyası dövründə onlayn turnirlərin ən fəal iştirakçısı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Aleksandr Qrişuk, Piter Svidler və Daniil Dubov, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, çinli Ksiyanci Bu, ispaniyalı David Quiyarro və vyetnamlı Le Quanq Liem də qatılıblar.
Bu gün 6 turun oyunları keçiriləcək.
On səkkiz turdan ibarət yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir "chess24.com” şahmat platformasında oynanılacaq və birbaşa yayımlanacaq.


34196 oxunub

InvestAZ