XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Karantini pozan baş məşqçi cəzalandı
İdman 10:10 / 15.05.2020

Almaniyanın "Auqsburq” klubunun baş məşqçisi Hayko Herrlix Bundesliqanın XXVI turunda qarşılaşacaqları "Volfsburq”la oyun öncəsi cəzalı duruma düşüb.

Buna 49 yaşlı mütəxəssisin karantin rejimini pozması səbəb olub.
Almaniyalı baş məşqçi komanda ilə birlikdə qaldığı oteli diş fırçası və diş məcunu almaq üçün tərk edib. Herrlix bu səbəbdən Bundesliqanın bərpasından sonra ilk görüşündə texniki zonada yer ala bilməyəcək.
Məsələ ilə bağlı açıqlama verən Herrlix səhvini boynuna alıb.
Qeyd edək ki, Almaniya Bundesliqasında mövsüm sabah bərpa olunacaq.


32315 oxunub

InvestAZ