XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Maradonanın həkimi həbs edilib
İdman 19:25 / 14.05.2020
İspaniya polisi əfsanəvi futbolçu Dieqo Maradonanı artıq çəkidən müalicə edən, Kolumbiya yığmasının keçmiş həkimi Maurisio Verqaranı saxlayıb.​
İspaniya, Bolqarıstan, Niderland və Kolumbiyada aparılan narkotikə qarşı əməliyyat zamanı M.Verqara da daxil olmaqla, 18 nəfər saxlanılıb. Narkotika ticarətçilərinin bazası Madrid şəhərində yerləşən "Santiaqo Bernabeu” stadionunun yaxınlığında yerləşən klinika olub. Polis müəyyən edib ki, klinikada qrup üzvləri narkotiklərin Avropaya nəqlini müzakirə edirdilər. Bolqarıstanda polislər meyvə qutularının içərisində yerləşdirilmiş və Yunanıstandan gətirilmiş bir ton kokain müəyyən ediblər. Bildirilir ki, Maurisio Verqara məhkəmə prosesini həbs kamerasında gözləyəcək.
Həmçinin bir neçə il əvvəl də D.Maradonanın həkimi narkotik ticarətinə görə saxlanılmışdı. Belə ki, polis Kolumbiyanın Palmira hava limanında M.Verqaranın yükündən üç kiloqram kokain aşkar etmişdi.
Qeyd edək ki, əfsanəvi futbolçu Dieqo Maradona dəfələrlə narkotik istifadəsinə görə, qınaq obyektinə çevrilib. Lakin argentinalı futbolçu karyerasını başa vurduqdan sonra da zərərli vərdişindən əl çəkməyib.


33178 oxunub

InvestAZ