XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Karantinin ilk üç günü kardon yeyir, divarı dişləməyə çalışırdım”
İdman 18:48 / 14.05.2020
İtaliyanın "Berşiya" futbol klubunun hücumçusu Mario Balotelli karantində vaxtının necə keçirdiyi barədə danışıb.
"İndi mənə top versələr, ilk toxunuşda ona sahib çıxa bilməyəcəm. Artıq iki aydır topla məşğul olmuram. Son bir neçə həftə ağlımı itirmək üzrə olurdum. Belə ki, evdə tamamilə tək idim. Qızım Neapolda, oğlum isə Sürixdədir. Yaşlı anamın özünə isə xüsusi qayğı tələb olunur. Bundan əlavə qardaşlarım da karantini övladlar ilə birgə öz evlərində keçirirlər. Bir sözlə, karantində tək qalmışam. Bu çox çətindir. Qaçış zolağı olmadığı halda, normal məşq etmək mümkün deyil. Buna icazə verilməsə də, etiraf edim ki, bir az qaçmaq üçün evin yaxınlığındaki parka çıxırdım. Karantinin ilk üç günü kardon yeyir, divarı dişləməyə çalışırdım. Çünki yemək bişirməyi bacarmıram. Lakin xoşbəxtlikdən mən evə yemək sifariş verməyə müvəffəq oldum”,​ - deyə M.Balotelli bildirib.


52348 oxunub

InvestAZ