XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Kral yarışlar”nın ən nüfuzlu şəxsi kimdir?
İdman 18:04 / 14.05.2020
Formula 1 yarışlarının yeddiqat çempionu Mixael Şumaher "Kral yarışları” tarixində ən nüfuzlu şəxs adlandırılıb. Belə ki, Formula 1-in rəsmi saytı pley-off sistemi üzrə səsvermə təşkil edib.
Birinci turda M.Şumaxer Niki Laudanı (56 faiz, 44 faiz əleyhinə), daha sonra Ayrton Sennanı (52 faiz, 48 faiz əleyhinə) və Huan Manuel Fanhionu (72 faiz, 28 faiz əleyhinə) məğlub edib. Yarımfinalda Mixael Şumaxer uzun illər komandasının şərəfini qoruduğu​ "Ferrari” konserninin banisi Enco Ferrari ilə üz-üzə gəlib. Azarkeşlər "Qırmızı Barona” 54 faiz səs, E. Ferrariyə isə 46 səs faizi veriblər.
Nəhayət, M.Şumaxerin final mərhələsindəki​ rəqibi Formula 1 yarışlarının uzun illərdir rəhbəri olan Berni Ekklstoun olub. 39 faiz səs əleyhinə 61 faiz səs toplayan Mixael Şumaxer səsvermənin qalibi elan edilib.

48933 oxunub

InvestAZ