XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Barselona" keçmiş futbolçusundan əl cəkdi
İdman 16:55 / 14.05.2020
İspaniyanın "Barselona" klubu Fransa PSJ-sinin futbolçusu Neymarı almaq fikrində deyil.
Bu barədə Kataloniya təmsilçisinin prezidentinin müşaviri Karles Rekraç COPE radiosuna açıqlamasında bildirib.
O deyib ki, mövcud vəziyyəti nəzərə alaraq, 28 yaşlı braziliyalı hücumçunun geri qayıtması mümkün deyil: "Neymar klubumuzun onun üçün hansı rolu oynadığını başa düşdü. Bizim komandada qol vursaydı, xəbər bütün dünyaya yayılardı. Parisdə isə onun qolları az nəzərə çarpır".
Daha öncə İspaniya mətbuatı bildirib ki, Neymar "Barselona"ya keçmək üçün PSJ-nin yeni müqavilə təklifini rədd edib. Paris klubu onun məvacibini 50 faiz artıraraq 36,8 milyon avroya yüksəltməyi hədəfləyib. İspaniya klubu isə oyunçuya 20 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Neymar "Barselona"dan PSJ-yə 2017-ci ilin avqustunda rekord məbləğə - 222 milyon avroya keçib. 27 yaşlı hücumçu Paris təmsilçisinin heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib. Forvardın PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.

31713 oxunub

InvestAZ