XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli komandanın üzvünü​ evində soydular
İdman 14:00 / 14.05.2020
"Tottenhem”in və İngiltərə yığmasının yarımmüdafiəçisi Dele Alli silahlı soyğuna məruz qalıb. Bu barədə Britaniyanın "Daily Mail” nəşri xəbər verib.
Mənbənin yazdığına görə, soyğunçular gecə oyunçunun evinə soxulublar, onu bıçaqla hədələyiblər və üzündən vurublar. Evdə Alli, sevgilisi, qardaşı və daha bir neçə nəfər olub.​
Qeyd olunur ki, futbolçunun mənzili videomüşahidə sistemi ilə təchiz edilib. Artıq müvafiq materiallar araşdırmaya başlayan polisə göndərilib.
İngiltərə çempionatı koronavirus infeksiyası pandemiyası səbəbindən dayandırılıb. "Tottenhem" 29 turdan sonra səkkizinci sıradadır, aktivdə 41 xal var. Alli səkkiz qol vurub.

29015 oxunub

InvestAZ